Xəzər rayonu, Binə qəsəbəsində vətəndaş könüllü silah-sursat təhvil verib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Belə ki, Binə qəsəbə sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.

Həmçinin həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngin, 1 ədəd qumbaranın, eləcə də 3 ədəd patronun yeri barədə məlumat verib.

Bundan sonra polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı, eləcə də son günlərdə keçirilən tədbirlər zamanı daha 1 “Kalaşnikov” markalı avtomat, 1 qumbara, 15 patron və 1 patron darağı əldə edilib.

Faktla bağlı araşdırmalar davam edir.