Azərbaycan sərhədini keçmək istəyən əcnəbilərə kömək edən Bakı sakini həbs olunub. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Bakı şəhər sakini 7 ay müddətinə, 1 nəfər əncəbi isə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cari ilin aprel ayında 2 Nepal və 2 Şri-Lanka vətəndaşı Şəmkir rayonu ərazisindən Gürcüstana keçmək istəyiblər. Onlara bu əməldə 39 yaşlı Nadir Hüseynov kömək edirdi.