Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin mərkəzində qanunsuz ticarət piştaxtaları götürülüb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən xəbər verir.

Bəzi satıcılar öz məhsulunu satmaq üçün piştaxtaları harada gəldi qurduqlarına görə piyadalara və avtomobil sürücülərinə maneə törədirlər.

Əraziyə cəlb olunan polis əməkdaşları bütün satıcalara şifahi xəbərdarlıq ediblər. Bəzi satıcılar məntəqələri yığışdırmaqdan imtina ediblər. Onlara qanunamüvafiq qaydada 80 manat məbləğində cərimə tətbiq edilib.

Görülən tədbirlərin nəticəsində piyada səkilərində və avtomobil yolunda olan maneələr götürülüb.