“Neftçi”nin basketbol komandası ilk qələbəsini qazanıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Basketbol Federasiyasına istinadən xəbər verir.

Azərbaycan Basketbol Liqasının II turu çərçivəsində keçirilən oyunda paytaxt təmsilçiləri “Cəlilabad” komandasını məğlub ediblər. Cəlilabad Olimpiya İdman Kompleksində keçirilən matçda bakılılar 56:90 hesabı ilə qələbə qazanıblar.

Bu, “Neftçi” klubunun liqada ilk qələbəsidir.