Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə “Qara Qarayev” metro stansiyasının yaxınlığında qeydə alınıb. 33 yaşlı Aytən Kərimova yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.