Nizami rayonunda marketdən oğurluq edilib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov rayon ərazisindəki marketlərin birində həmyerlisi M.Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinərək tutulub. Saxlanılan zaman onun üzərində heroin aşkarlanıb.

Onun barəsində araşdırmalar davam edir.