“Səbail” – “Tovuz” matçında insident baş verib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Oyun zaman “dənizçilər”in kapitanı Ağabala Ramazanov huşunu itirib. Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Futbolçu Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən matçda “Səbail” 2:1 hesabı ilə “Turan Tovuz”u məğlub edib.

“Səbail” futbol klubunun oyunçusu oyun zamanı huşunu itirib
Foto Report.az