Azərbaycanda sosial yardım adı ilə vətəndaşlardan pul mənimsəyən şəxs saxlanılıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Romal Bəyəlizadə paytaxtda və respublika ərazisində onlarla şəxsə sosial yardım düzəltmək adı ilə külli miqdarda pul mənimsəyib. Şübhəli şəxs Quba rayonunda saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
R.Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və Quba RPŞ-nin +994 23 335 35 11 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.