Bakının Xətai rayonunda yaşayan iki sakin silah-sursatı könüllü təhvil verib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Xətai RPİ-nin 35-ci Polis Şobəsinə müraciət edən paytaxt sakinlərindən biri atasından qalan və bu günə kimi saxladığı təklüləli ov tüfəngini könüllü polisə təhvil verib.
Əlavə olaraq, sözügedən rayonun digər sakini aşkar etdiyi 3 əl qumbarası, 3 alışqan, patron darağı və müxtəlif növ odlu silahlara aid 82 patronu polisə təhvil verib.
Polisə vaxtında məlumat verdiyinə görə sakinə minnətdarlıq bildirilib, ona qarşı heç bir cəza təhdidi görülməyib.
