Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən zavodun anbarında oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, oktyabrın 31-də sözügedən ərazidə yerləşən zavodun anbarından 3000 manat dəyərində naqil oğurlanıb.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Tarıverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.