Nəsimi rayonunda narkokuryerlərə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər vervir.
Keçirilən əməliyyatlar zamanı Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 24 yaşlı Azad Əliyev, 27 yaşlı Seymur Məmmədov və 25 yaşlı Ümid Musayev saxlanılıblar. Onlardan ümumilikdə 6 kiloqramdan artıq heroin aşkar edilib.
Onlar “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşı ilə əlaqə yaradaraq ölkəyə salınan narkotikləri paytaxtda yaymaqla məşğul olublar.
Faktla bağlı araşdırmalar davam edir.