Sabunçu rayonunda yerləşən sexdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alışma ümumi sahəsi 400 kv.m olan və sex kimi fəaliyyət göstərən birmərtəbəli tikilidə qeydə alınıb. Nəticədə içəridə olan 200 ədəd rezin əlcək yanıb. Sexin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.