Qaradağ rayonunda ana və qızı hündürlükdən yıxılıblar. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Hadisə rayonun Sahil qəsəbəsində baş verib. Aynaları silən yeniyetmə qız müvazinətini itirərək yıxılıb. Onu xilas etmək istəyən anası Pərvanə Tarverdiyeva da 9-cu mərtəbədən yıxılıb. Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam edir.