Yasamal rayonunun Salatın Əsgərova küçəsində işıqlandırma bərpa olunub. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.

Söhbət “Nizami” metro stansiyasının arxasındakı Hacı Sultan Əli məscidinin yerləşdiyi küçədən gedir. Əraziyə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin əməkdaşları cəlb olunublar. Küçəyə işıq dirəyi qoyulub, vaxtilə hava xətti ilə çəkilmiş, amma uzun müddətdir yanmayan lampa da elektrik şəbəkəsinə qoşulub və işıqlandırma bərpa edilib.

Daha öncə, 3 noyabr tarixində sözügedən küçədə işıqlandırma sisteminin olmaması barədə məlumat vermişdik.

Yasamalda qaranlığa qərq olan küçənin işıqlandırılması bərpa olunub
Foto Bizim.Media