“Yeni Klinika” Tibb Mərkəzində doğum şöbəsi yaradılıb. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.

3 doğum otağı, 2 əməliyyatxana və 55 çarpayıdan ibarət olan şöbə hamilə pasiyentlərin qəbuluna başlayıb. 2 noyabr tarixində isə artıq ilk qeysəriyyə əməliyyatı baş tutub. 39-cu həftəsində dünyaya gələn körpə və ana artıq evə buraxılıblar.

Xidmətlərdən İcbari Tibbi Sığorta vasitəsilə istifadə etmək mümkündür.