Tanınmış azərbaycanlı rəssam, diaspor fəalı Əsgər Cavadov vəfat edib. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Cavadovun yaxınının sosial şəbəkədə etdiyi paylaşıma əsasən, o, uzun illərdir Ukraynada yaşayırdı.
Əsgər Cavadov sentyabrın 20-də Xorvatiyada keçirilən sərgidən Azərbaycana qayıtmışdı. 61 yaşlı rəssam ağciyər xərçəngindən əziyyət çəkirdi.
Rəssamla vida mərasimi paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində olacaq, nəşi Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.