Zəfər Günü münasibətilə Bakının müxtəlif prospekt və küçələrində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü olacaq. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Tədbirlər saat 09:00-dan 13:00-a qədər nəzərdə tutulub. Bu səbəbdən bəzi yollar avtomobillərin hərəkəti üçün müvəqqəti bağlı olacaq.

Sabah yürüş üçün bir neçə marşrut nəzərdə tutulub:

  • Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;
  • Şəhidlər xiyabanı – Alov Qüllələri kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – “Azneft” dairəsi – “Bəhram Gur” heykəli;
  • Q.Musabəyov parkı – Əbdürrəhman bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı;
  • “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti.