Heydər Əliyev Beynəlxalq Aeroportu bayram günlərində – noyabrın 8-dən 12-dək gücləndirilmiş iş rejiminə keçəcək. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az aeroportun mətbuat xidmətinə istinadən məlumat verir.

Bu müddət ərzində gözlənilən sərnişin axını ilə əlaqədar Bakı Hava Limanının bütün xidmətlərində çevik və operativ xidmətin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilib.

Sərnişinlərə reysə qeydiyyat və digər rəsmi prosedurları vaxtında keçmək üçün uçuşdan ən azı 2 saat əvvəl hava limanına gəlmələri və aeroportun rəsmi saytında www.airport.az uçuşların gediş-gəliş vaxtını operativ şəkildə izləmələri tövsiyə olunur.