“20 Yanvar” dairəsi yaxınlığında avtomobil yolu bağlanacaq. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün bir hissəsi təmir olunacaq. Bu səbəbdən həmin ərazidə hərəkətə məhdudiyyət qoyulacaq. Yollar 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-a qədər bağlı qalacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.