Cari ilin yanvar-sentyabr aylarında Bakı-Sumqayıt-Bakı sürətli sərnişin qatarlarında daşınan sərnişinlərin sayı 4.686.373 nəfərə çatıb. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz çoxdur.
Bundan əlavə, hesabat dövründə səhmdar cəmiyyət tərəfindən paytaxtdan rayonlara və əks-istiqamətdə 229.322 sərnişin (artım 31%) daşınsa da, beynəlxalq daşımalar koronavirus pandemiyası səbəbindən həyata keçirilməyib.