Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə ilə bağlı qızın atası Taleh Sultanov noyabrın 6-da polis şöbəsinə müraciət edib. Əldə olan məlumata əsasən, onunla birlikdə yaşayan qızı, 17 yaşlı Şəmsiyyə Sultanlı noyabrın 3-də saat 15:30 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla araşdırma başlayıb.