Bakının Binəqədi rayonunda, Əcəmi Naxçıvani və Şövkət Məmmədova küçələrinin kəsişməsində işıqfor yoxdur. Bu səbəbdən dördyolda xaotik vəziyyət müşahidə olunur. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az İTV-yə istinadən məlumat verir.
Sürücülər bir-birinə yol vermədən hərəkətə davam edirlər, bu səbəbdən bu kəsişmədə sıxlığın və qəzaların çox olması qeyd edilir. Vətəndaşlar da bundan narazılıqlarını bildirərək pik saatlarda xaotik vəziyyət yarandığını dilə gətiriblər.
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu günlərdə əraziyə baxış keçiriləcəyini, qiymətləndirmə aparılacağını vəd edib.