Nərimanov rayonunda yeni tikilini köhnə binalara çox yaxın inşa etmək istəyirlər. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.

Söhbət Aşıq Molla Cümə küçəsindən gedir. Sakinlərin sözlərinə görə, yaşayış binalarının yaxınlığında klinika tikmək istəyirlər. Yerlilərin tək istəyi binanın qaydalara uyğun, ara məsafəsi saxlanılmaqla inşa olunmasıdır. Ancaq elə görünür ki, bu qaydalara riayət edən olmayacaq.

“Bizə dedilər ki, saxlayacaqlar. Amma topoqraflar gəldilər. Cizgilərdən görünür ki, bina çox yaxın inşa olunacaq. Bizim istəyimiz odur ki, məsafə saxlasınlar”, – deyə sakinlər şikayət edirlər.

Ekspertlərin sözlərinə görə, binaların arasında ən azı 8 m məsafə olmalıdır. Əgər ərazidə yer yoxdursa, orada tikintiyə icazə verilməsi düzgün deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələ ilə bağlı bildirib ki, tikintidə qayda pozuntuları var və bunula bağlı İcra Hakimiyyətinə müraciət olunub. Sonuncu isə öz növbəsində sənədlərdə uyğunsuzluq olduğunu və tikintinin qanunsuz olduğunu qeyd edib.