Nizami rayonunda silah satmaq istəyən şəxs tutulub. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat zamanı 39 yaşlı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Mustafayev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. O, silahı satmaq istədiyini qeyd edib.

Faktla bağlı araşdırmalar davam edir.