“Milli Gimnastika Arenası”nda 14-15 noyabr tarixlərində bədii gimnastika üzrə “B” kateqoriyalı açıq klub çempionatı keçiriləcək. Yarış “Ocaq Sport” idman klubu tərəfindən təşkil olunur. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az məlumat verir.
Paytaxt təmsilçilərindən başqa, “Ocaq” idman klubunun Ağdaş bölməsi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Su İdmanı Sarayı, “Grasiya” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi (Mingəçevir), “Qədiroğlu” İdman Klubu (Mingəçevir), Talaçay Kompleksi (Zaqatala), Oğuz OİK, Qəbələ OİK, Qax OİK, Qusar OİK, Göyçay OİK, Abşeron OİK, Gəncə OİK, Şağan OİK, Şəmkir OİK, Şirvan OİK, Sumqayıt OİK-nı təmsil edən zərif gimnastlar çempion adı uğrunda mübarizəyə qoşulacaqlar.
Yarışda 200-ə yaxın idmançı kiçiklər (2016-2017 təvəllüdlü), balacalar (2013-2015 təvəllüdlü), yeniyetmələr (2011-2012-ci təvəllüdlü) və gənclər (2008-2010-cu təvəllüdlü) yaş kateqoriyalarında medallar uğrunda mübarizə aparacaq.
İki gün davam edəcək yarışda ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yaş qrupları və kateqoriyalar üzrə qaliblər müəyyənləşəcək.
Müsabiqə hər gün saat 12:00-da başlayır. Biletləri onlayn əldə etmək mümkündür.