Vətən müharibəsindəki zəfərin 3-cü ildönümü ərəfəsində “Tələbə Gənclər Təşkilatı” (TGT) nümayəndələri tərəfindən Fəxri xiyabana yürüş keçirilib. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az xəbər verir.
Təşkilatın nümayəndələri, İkinci Qarabağ müharibəsinin iştirakçıları və paytaxt universitetlərinin tələbələri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Onlar ümummilli liderin məzarına gül dəstələri qoyub, onun xatirəsini anıblar.
Sabah, 8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunur, ölkə ərazisində müxtəlif tədbirlər nəzərdə tutulub. Bakıda hərbi orkestrin müşayiəti ilə yürüş keçiriləcək.



