Paytaxtda Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Səbail rayon Dövlət Yol Polisi (DYP) şöbələrinin əməkdaşları piyadalara qarşı profilaktik tədbirlər keçirirlər. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Tədbir zamanı yaxınlıqda yerləşən piyada keçidlərindən istifadə etməyən və avtomobillərin intensiv hərəkəti olan yolda ciddi təhlükə yardan piyadalar saxlanılıblar və onlarla maarifləndirici söhbətlər aparılıb.
BDYPİ-dən verilən məlumata əsasən, cari ilin doqquz ayı ərzində Səbail rayonunda qayda pozan 835 piyada inzibati məsuliyyətə cəlb edilib.