Paytaxtın Xətai rayonunda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüblər. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Müştərilərlə yaranan mübahisə zamanı kafenin müdiri, 41 yaşlı Şamil İsmayılov və ofisiant, 29 yaşlı Timur Panov müxtəlif xəsarətlər alıblar. Hər iki kişi xəstəxanya aparılıb.

Faktın təfərrüatları araşdırılır.