Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
İlkin məlumata əsasən, yolda iki iritonnajlı yük avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitələrinin biri yol kənarındakı marketə çarpılıb. Qəza nəticəsində sürücünün hadisə yerində öldüyü iddia edilir.
Yol-nəqliyyat hadisəsi nəticəsində Bakı-Quba yolunda bir saatdan çoxdur ki, sıxlıq müşahidə olunur.