“Dendrologiya Bağı” ilə Belarus Baş Botanika bağı arasında əməkdaşlığa başlanılıb. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Dendrologiya Bağı Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağı ilə biomüxtəlifliyin artırılması, bəzək-bağçılıq və landşaft memarlığı, ekologiya və ətraf mühitin mühafizəsi kimi sahələrdə əlaqələri genişləndirir.

Bu məqsədlə Belarus MEA Baş Botanika Bağı və “Dendrologiya Bağı” arasında dünya florasının mühafizəsi problemlərinin həllinin innovativ üsullarla öyrənilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

İki bağ arasında imzalanan bu müqavilə qarşılıqlı əməkdaşlığın, mobilliyin və dostluq münasibətlərinin genişləndirilməsinə şərait yaradacaq.

Belarusa ezam olunan heyət Botanika Bağının kollektivi tərəfindən qonaqpərvərliklə qarşılanıb, 96 hektarlıq bağın ərazisi, kolleksiya fondu, istixanaları, laboratoriyaları, biotexnoloji tədqiqatları ilə tanış olub.