Ötən gün, 7 noyabr tarixində Bakıda və ölkənin digər rayonlarında 20-dən çox vətəndaş polisə silah-sursat təhvil verib. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumilikdə polis əməkdaşları 5 ov tüfəngi, 3 qumbara, 12 ədəd müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil alıblar.
Həmçinin əməliyyatlar zamanı 3 ov tüfəngi tapılıb. Bununla yanaşı, 5 vətəndaşdan 6 ov tüfəngi aşkar edilərək götürülüb.