Bakının Nərimanov rayonunda oğurluq hadisəsi törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Noyabrın 6-da vətəndaşdan içərisində bank kartları və 500 manat dəyərində mobil telefon olan çanta oğurlanıb. Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini N.Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.