Yasamal rayonunda elektrik naqilləri oğurlanıb. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş E.Əhmədov rayon ərazisindəki yaşayış binalarının damından 2500 AZN dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinir.

Onun barəsində araşdırmalar davam edir.