Bakıda 4 sərnişin avtobusunun hərəkət sxemi dəyişdirilib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən su xəttində baş verən qəzanın nəticələrinin aradan qaldırılması səbəbindən bugün saat 14:00-a qədər həmin ərazidə bərpa işləri aparılacaq.
Bununla bağlı 7A, 7B, 67 və 199 nömrəli marşrut xətləri ilə hərəkət edən avtobuslar müvəqqəti alternativ yollardan istifadə edəcək.