Ötən gün Akademik Milli Dram Teatrının laboratoriyası “Son xətt” tamaşasını təqdim edib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.

Nümayişdə teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi və tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə də iştirak edib. O, laboratoriyadan və Zəfər Gününün qeyd olunmasının tarixi əhəmiyyətindən danışıb.

“Son xətt” tamaşası Jan Pol Sartrın “Dəfn edilməmiş ölülər” əsəri əsasında yaradılıb. Səhnədə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Aydan Həsənzadə (Lusi), İlqar Səmədli (Fransua), Elçin Nurəliyev (Anri), Məmməd Rəfiyev (Kanoris), Nurlan Ağayev (Sorbiye), Ülvi Haşim (Jan), Nihad Aslan (I polis) və Tural Rzayev (II polis) çıxış ediblər.

Tamaşa düşməni məğlub etmək üçün döyüşə çıxan, lakin əsir düşən insanlardan bəhs edir.