Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə dəmir yolu marşrutu təyin edilib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.

Bayram günlərində sərnişin tələbatını nəzərə alaraq 10 və 12 noyabr tarixlərində sözügedən marşruta yeni reyslər əlavə olunub:

  • Bakıdan saat 7:50-də yola düşən qatar Ağstafaya saat 12:51-də;
  • Ağstafadan saat 16:30-da yola düşən qatar Bakıya saat 21:35-də çatacaq.

Biletləri qurumun rəsmi saytından almaq mümkündür.