Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları idman yarışında iştirak ediblər. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan beynəlxalq turnirdə ümumilikdə 80 hərbi qulluqçu iştirak edib. Komandalar idmanın futbol, voleybol, üzgüçülük və yüngül atletika növlərində mübarizə aparıb. Yekunda qalib komandalara diplom, kubok və medallar təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.
Bağlanış mərasimində ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, hər 3 ölkənin Dövlət Himni səsləndirilib.
