Bakının Yasamal rayonunda Lev Tolstoy küçəsinin bir hissəsi zəncirlə bağlanıb. Bu haqda bu gün, 9 noyabr tarixidə Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.

Küçənin Zərgərpalan küçəsi ilə kəsişməsində düz və sağa yol nişanı qoyulub. Lakin düzünə hərəkət etmək mümkün deyil: küçənin bir hissəsi zəncirlə bağlanaraq naməlum şəxs tərəfindən özəlləşdirilib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət göndərilib.