Bu gün hava küləkli olacaq. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
9 noyabr tarixində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s olacağı, səhər və gündüz arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-17, gündüz isə 18-23 dərəcə isti olacaq.