Beyləqan korpusunun sabiq komandiri general-mayor Mahmud Həmzəyəv bu gün, 9 noyabr tarixində 74 yaşında vəfat edib. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkədə məlumat verib.
Həmzəyevin dəfn mərasimi bu gün, günorta saatlarında 2-ci Fəxri xiyabanda keçiriləcək.
Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub. O, 1975-ci ildə ordu sıralarında xidmətə başlayıb, SSRİ dağıldıqdan sonra, 1992-ci ildə təqaüdə çıxıb.
1993-cü ildə Azərbaycana gələrək burada müxtəlif hərbi vəzifələrdə çalışıb, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.
Həmzəyevin adı vaxtilə mətbuatda müxtəlif qalmaqallarla bağlı hallandırılıb. O, 2010-cu ildə keçirilən parlament seçkilərində 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd olmaq istəmişdi.