Paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

56 yaşlı Elman Qədirov yolu keçərkən onu 49 yaşlı Oqtay Alışanovun idarə etdiyi “Howo” markalı yük avtomobili vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb.