Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Report.az-a istinadən məlumat verir.
18 yaşlı Röyal Allahverdiyev yolu keçərkən onu avtomobil vurub. Gənc oğlan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.