Xətai rayonunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Hadisə rayonun General Əliağa Şıxlinski küçəsində qeydə alınıb. ”Hyundai” markalı nəqliyyat vasitəsi və motosiklet toqquşub. Nəticədə 2 nəfərin ciddi xəsarətlər aldığı bildirilir.

Əraziyə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.