Bakının Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 23-26 noyabrda “Gənc Fest” festivalı keçiriləcək. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az məlumat verir.

Tədbir Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunur. 4 gün davam edəcək “Gənc Fest”ə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.

Festival zamanı gəncləri canlı musiqi, DJ və əyləncəli proqramlar gözləyir.

Tədbirə giriş yalnız qeydiyyat kartı ilə mümkündür. İştirakçılar kartlarını (akkreditasiya) noyabrın 20-dən 22-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC Akademiyasından (saat 09:00-dan 18:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə əldə edə bilərlər. Qeydiyyat prosesi artıq bitib.