Bakının Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi və Koroğlu Rəhimov küçələrinin kəsişməsində vətəndaşdan çanta oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.

34 yaşlı Nihad Kazımov (ad-soyad şərtidir) bazar çantası görüb və götürərək hadisə yerindən uzaqlaşıb. O, həmin çantadan telefonu götürərək satıb və bank kartını istifadə edib. Tanımadığı taksidən istifadə etdiyi üçün üzərində pul olmadığına görə “Azpetrol” YDM-də ona 30 manat dəyərində benzin vurub, əlavə 160-170 manata yaxın pul xərcləyib.

Zərərçəkmiş şəxs qismində məhkəmədə çıxış edən şəxs bildirib ki, o, həmin ərazidə limon satırdı. Kazımov isə ona məxsus çantanı əşyaları ilə birlikdə oğurlayıb və 500 manat ziyan vurub.

Hakimin qərarı ilə Kazımov təqsirli bilinib və barəsində 1 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.