Bakı sakini Abşeronda narkotiklə tutulub. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat tədbiri zamanı Bakı şəhər sakini Vüsal Baxşıyev saxlanılıb. Onun üzərində və yaşadığı evdə ümumilikdə 107 qrama yaxın metamfetamin, 667 qram marixuana və 1 ədəd tapança aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.