Vətəndaşlar qəpikləri yüksək qiymətə alıb-satmağa başlayıblar. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Qəpiyin üzərində gerb olduğuna görə onlar 200, 500 və ya 1000 manata satılır. Vətəndaşların sözlərinə görə, onlar internetdə yerləşən elanlarda 10, 20, 50 qəpiklərin yüksək qiymətə satışa çıxarılmasını müşahidə edirlər. Lakin onların hansı səbəbdən baha qiymətə satıldığı məlum deyil.
Ekspertlər bildiriblər ki, gerbli qəpiklərin adi qəpiklərdən heç bir fərqi yoxdur.
“Qəpiklərin üzərində gerblər olsa da, onların dəyəri dəyişilmir. O mənada ki, qəpiklər baha qiymətə alınıbsa, onları nə mağazalara, nə mərkəzi banka baha qiymətə qaytarmaq alınmyacaq. Alanda sadəcə nəzərə almaq lazımdır ki, sonradan bunu daha baha qiymətə kimsə almasa, artıq bir riskdir”, – deyə ekspert Xalid Kərimli bildirib.
Amma bu riski gözə alıb gerbli qəpikləri yığan çox sayda insan var.
Ekspert Eldəniz Əmirov öz növbəsində bildirib ki, qəpiklər hazırlanan zaman bir neçə versiya hazırlanır və həmin versiyalar arasında seçimlər aparılır. Qəpiklər dövriyyədən çıxdıqdan sonra üzərində gerb olan qəpiklər saxlanılır və kolleksionerlər tərəfindən yığılaraq daha sonra satışa buraxılır.