Ağstafadan Bakıya yola düşmüş sürət qatarında texniki nasazlıq yaranıb. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

“Sürət qatarı ilə Tovuzdan Bakıya gedirəm. Yolda qatarda texniki problem oldu. Çölün düzündə qalmışıq. İçəridə işıqlar və monitorlar sönüb”, – videogörüntüləri çəkən sərnişinlərdən biri deyib.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, hadisə gərginliyin verilməsində qısa fasilə yarandığı üçün baş verib: “Qısa müddət ərzində hərəkət bərpa edilib. Hazırda qatar hərəkət qrafiki üzrə işini davam etdirir”.