Bakının Binəqədi rayonunda yerləşən doqquzmərtəbəli binanın xarici divarına bərkidilən kondisionerin mühərrik hissəsi qoparaq asılı vəziyyətdə qalıb. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məsələ ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün xilasedicilər kondisionerin mühərrik hissəsini oradan çıxarıblar.