Bakının Binəqədi rayonunun iki küçəsində yerləşən qanunsuz tikililər sökülüb. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Əcəmi Naxçıvani və Ağasadıq Gəraybəyli küçələrində icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması aşkar edilib.

Əraziyə cəlb olunan İcra Hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə qanunsuz tikililər sökülüb.